NP Petrol
NP Petrol mərkəz ofis binası, Naxçıvan
MƏRKƏZ OFİS

Naxçıvanın yolu buradan keçir.

Bütün NP Petrol şəbəkəsi tək bir mərkəzdən idarə olunur — komandamız, dəstəyimiz və qərarlarımız Naxçıvan şəhərində toplanır.

Haqqımızda

1995-dən bu günə — davamlı bir yolçuluq.

NP Nahçıvan Mərkəz
NP Əliabad
NP Kəngərli
NP Culfa
NP Sanayi Bölgəsi
NP Arpaçay
NP Şahbuz
NP Şərur Mərkəz
NP Sədərək
NP Nahçıvan Mərkəz
Hekayəmiz

"Enerjimizi yolun hər dönəmində sizə daşıyırıq."

NP Petrol komandası

Sürkit Holding olaraq, 1995-ci ildən bəri Naxçıvan Muxtar Respublikasında güclü və davamlı sərmayələrlə fəaliyyət göstəririk. Şirkətimiz geniş sektor yelpazəsində; avtomotiv, yanacaq, sığorta, enerji, mədən, qida paylanması, sənaye və daşınmaz əmlak kimi müxtəlif iş sahələrində xidmət təqdim edir.

Naxçıvana giriş hekayəmiz Bizim Qıda ilə başlayır. Bizim Qıda şirkəti vasitəsilə Naxçıvanda sürətli istehlak malları sektorunun aparıcı brendlərinin distribyutorluğunu apararkan, çeyrək əsrdən artıq müddət ərzində müştəri məmnuniyyəti və nəzarət üzərinə qurulu iş modeli ilə bu torpaqlarda tanınan və üstün tutulan bir şirkət olmağı bacardıq.

2023-cü ilin aprel ayında NP Petrol şirkətini bünyəmizə qatdıq. Bu satınalma ilə Naxçıvan xalqına yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməyi hədəfləyirik. NP-nin 9 yanacaq stansiyası ilə yanacaq keyfiyyətimizi ən yüksək səviyyəyə daşıyarkan, eyni zamanda market, WC, avtoyuma, yağ dəyişdirilməsi kimi xidmətlərimizi də təqdim etməyi planlayırıq.

Naxçıvanda yanacaq sektorunda lider olan NP olaraq, hədəflərimizi daha da böyüdür və bazar payımızla stansiya şəbəkəmizi genişləndirməyi planlayırıq.

Sürkit Holding olaraq, sadəcə bir şirkət olmağın ötəsində, təqdim etdiyimiz məhsul və xidmətlərlə cəmiyyətə dəyər qatmaqı hədəfləyirik.

Missiya, Vizyon, Dəyərlər

Yolumuzu formalaşdıran dayaqlar.

Missiyamız

Nahçıvanın hər nöqtəsində şəffaf, təmiz və etibarlı yanacaq təqdim etmək.

Vizyonumuz

Regionun ən müasir, texnologiya və insan odaklı yanacaq markası olmaq.

Dəyərlərimiz

Keyfiyyət, dürüstlük, müştəriyə hörmət, ekoloji məsuliyyət.